Çinin "Çjetszyan" klubunun hücumçusu Aron Bupendza faciəvi şəkildə həlak olub.

Matc.az xəbər verir ki, qabonlu forvard 11-ci mərtəbədən yıxılıb. Bu barədə Rumıniyanın "Fanatik" nəşri məlumat yayıb.

Çin polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Aron Bupendza 2020/2021 mövsümündə Türkiyənin "Hatayspor" klubunda çıxış edib. 28 yaşlı futbolçu Fransada "Bordo", "Pau", "Ayaçço", "Trua", Portuqaliyada "Farense", Qətərdə "Əl-Ərəbi", Səudiyyə Ərəbistanında "Əl-Şəbab", ABŞ-də "Çinçinnati" və Rumıniyada "Rapid"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest