Gələn il "Atletiko" ilə müqaviləsi başa çatan Antuan Qrizmann gələcəyi ilə bağlı qərarını verib.

Matc.az "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçu La Liqa klubunu tərk etməyəcək. Qrizmann müqaviləsini daha 1 il uzadıb.

34 yaşlı forvard Madrid təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Ateltiko"nun heyətində meydana çıxdığı 46 rəsmi oyunda 16 qol və 7 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest