"Real"ın futbolçusu Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Liverpul" türk yarımmüdafiəçinin xidmətində maraqlıdır. Premyer Liqa klubu Arda üçün "Real"a 60 milyon avroluq təklif göndərməyi planlaşdırır.

"Liverpul" mövsümlərarası fasilədə 20 yaşlı futbolçunu heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü olan gənc oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest