16 Aprel 2025, 16:18
FUTBOL
"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Kayl Uokerlə bağlı qərar verib.
Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu müdafiəçinin transfer hüququna yiələnməyəcək. İngiltərəli futbolçu mövsüm bitdikdən sonra "Mançester Siti"yə qayıdacaq.
"Milan" Uokerin performansından məmnun qalmayıb. 34 yaşlı sağ cinah müdafiəçisinin zədələnməsi də qərarın verilməsinə təsir edib.
Qeyd edək ki, "Milan" Kayl Uokeri bu ilin yanvar ayında icarəyə götürüb. Təcrübəli futbolçu A Seriyası təmsilçisinin heyətində 12 rəsmi matçda iştirak edib.