16 Aprel 2025, 16:58
FUTBOL
"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirir.
Matc.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Eyüpspor"da çıxış edən Berke Özerdir.
"Qalatasaray" rəhbərliyi növbəti mövsümdən "çərçivə"ni türk qolkiperə etibar etmək istəyir. "Sarı-qırmızılar" 24 yaşlı qapıçı üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, Berke Özer 2023-cü ilin yayından "Eyüpspor"da çıxış edir.