16 Aprel 2025, 17:35
FUTBOL
"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Coşua Zirkze sıradan çıxıb.
Premyer Liqanın 32-ci turunun "Nyukasl"la matçında (1:4) zədələnən Zirkzenin durumu ciddidir. 23 yaşlı forvard mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni mövsümün əvvəlində "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.