16 Aprel 2025, 19:36
FUTBOL
Amerikanın "Çikaqo Fayr" klubu "Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynenin azad agent kimi transferində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat paylaşıb.
De Bruynenin qarşıdakı həftələrdə bütün variantları dəyərləndirməsi gözlənilir. Daha əvvəl 33 yaşlı belçikalı mövsüm başa çatdıqdan sonra "Mançester Siti"ni tərk edəcəyini açıqlamışdı.
Qeyd edək ki, "Çikaqo Fayr" MLS Şərq Konfransının turnir cədvəlində səkkizinci yerdədir. Komanda 8 görüşdə 12 xal toplayıb.