PSJ-nin yarımmüdafiəçisi Usman Dembele komandasındakı liderlik rolundan danışıb.

Matc.az xəbər verir ki, Dembele bu barədə komandanın mətbuat xidmətinə açıqlama verib.

"Mən özümü komandanın əsas oyunçularından biri hesab edirəm, amma həmişə necə olmuşamsa, indi də eləyəm. Sadəcə bacardığımı etməyə və gənc futbolçulara nümunə olmağa çalışıram.

İstər qol, istərsə də assist olsun, əsas məqsəd həlledici olmaq olmaqdır. Məni ən çox motivasiya edən komandanın turnirdəki qələbəsidir. Mən bu komandada oynamaqdan çox zövq alıram".

Qeydedək ki, 27 yaşlı Dembele cari mövsümündə parislilərin heyətində bütün yarışlarda 41 oyun keçirib, 39 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest