PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "Aston Villa" komandasına 2:3 hesabı ilə uduzsa da, yarımfinalına yüksəlib.

Matc.az xəbər verir ki, Luis Enrikenin komandası Çempionlar Liqası və avrokuboklarda 9-cu dəfə yarımfinala yüksələrək, bunu bacaran ilk Fransa komandası olub.

Qeyd edək ki, PSJ-nin rəqibi bu baş tutacaq "Real" – "Arsenal" matçının qalibi olacaq. "Topçular" Londonda keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest