"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzi Premyer Liqanın 32-ci turunda "Nyukasl"la səfər oyununda (4:1) aldığı zədə səbəbindən mövsümün sonunadək sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu ikinci hissədə əvəzlənib, daha sonra həkimlər ona bud nahiyəsindən zədə diaqnozu qoyublar. Bunu "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının "Lion"la cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Xatırladaq ki, 23 yaşlı Zirkzi bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest