Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "İnter" doğma meydanda Münhen "Bavariya"sı ilə heç-heçə edib – 2:2.

Matc.az xəbər verir ki, "San-Siro" stadionunda baş tutan qarşılaşmanın 52-ci dəqiqəsində hesabı "Bavariya"nın hücumçusu Harri Keyn açıb. Bu, ingilis hücumçunun Çempionlar Liqasında 40-cı qolu olub.

Qeyd edək ki, "İnter" və "Bavariya" arasında ilk oyun aprelin 8-də Münhendə keçirilib və qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə əsasən yarımfinala yüksləm tərəf "İnter" olub. İtaliya klubu yarımfinalda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest