"Bavariya"nın hücumçusu Tomas Müller Çempionlar Liqasında oyun sayısına görə üçüncü yerə yüksəlib.
Matc.az xəbər verir ki, o, yarımfinalın "İnter"ə qarşı cavab qarşılaşmasında start heyətdə meydana çıxaraq turnirdəki oyunlarının sayını argentinalı hücumçu Lionel Messi ilə bərabərləşdirib (163).
Çempionlar Liqasında ən çox meydana çıxan 4 futbolçu:
1. Kriştiano Ronaldo, Portuqaliya (183 oyun);
2. İker Kasilyas, İspaniya (177);
3. Tomas Müller, Almaniya (163);
3. Lionel Messi, Argentina (163).
Qeyd edək ki, "Bavariya" "İnter"lə 2:2 hesabı ilə bərabərə qalıb. İlk görüş aprelin 8-də Münhendə keçirilib və qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Milan klubu "Barselona" ilə qarşılaşacağı turnirin yarımfinalına yüksəlib.