"Mançester Yunayted" hücumçusu Rasmus Höylundan narazıdır.

Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, Premyer Liqa klubu yayda danimarkalı futbolçunu satışa çıxaracaq. Klub Höylun üçün 60 milyon avro təzminat tələb edir.

"Napoli"nin 22 yaşlı forvardla maraqlandığı bildirilir.Qeyd edək ki, "Mançester Yunayted" Rasmus Höylunu 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 43 rəsmi görüşdə 8 qol və  4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest