17 Aprel 2025, 12:13
FUTBOL
"Fənərbaxça" növbəti mövsüm üçün transfer fəaliyyətinə indiən start verib.
Matc.az xəbər verir ki, Super Liqa nəhəngi Venesuelanın "Deportivo Taçira" klubunda çıxış edən Luis Fernando Karrero ilə maraqlanır. Bu barədə "Team Talk" məlumat yayıb.
"Fənərbaxça" 18 yaşlı yarımmüdafiəçis üçün onun onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. İstanbul təmsilçisi venesuelalı oyunçunun keçidini yayda həll etməyə çalışacaq.
Qeyd edək ki, Luis Fernando Karreronun "Deportivo Taçira" ilə müqaviləsi 2026-cı ilin sonuna kimi nəzərdə tutulub.