Son illərdə zədələrdən əziyyət çəkən "Santos"un futbolçusu Neymar yeni sıradan çıxıb.

Matc.az xəbər verir ki, 33 yaşlı vinger Braziliya A Seriyasının 3-cü turunun "Atletiko Mineyro" ilə matçında zədələnib. Ayağında ağrı hiss edən Neymar 34-cü dəqiqədə meydanı tərk etməli olub.

Braziliyalı ulduzun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Neymar bu ilin 31 yanvar tarixində "Əl-Hilal"dan ayrılaraq "Santos"a keçib. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest