"Mançester Yunayted" qapıçı Andre Onananın performansında məmnun deyil.

Matc.az xəbər verir ki, Premyer Liqa klubu kamerunlu qolkiperlə yollarını ayırmağı planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted"in əsas hədəfi "Espanyol"da çıxış edən Xoan Qarsiyanı transfer etməkdir. "Qırmızı şeytanlar" ispan qolkiperi yayda heyətinə qatmağa çalışacaq. Onların transfer yarışında əsas rəqibi "Arsenal"dır. Mançester təmsilçisi "topçular"la rəqabətdən qalib ayrılaraq 23 yaşlı qapıçının keçidini bitirmək niyyətindədir.

Qeyd edək ki, Xoan Qarsiya "Espanyol"un yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində 30 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest