"Barselona" növbəti mövsüm üçün transfer fəaliyyəti ilə bağlı planlarını qurur.

Matc.az "Marca"ya istinadən xəbər verir ki, maddi problemlər yaşayan La Liqa nəhəngi yayda hücum mövqeyi üçün transfer etməyəcək.

"Barselona" uzun müddətdir "Atletik"in vingeri Niko Uilyamsı transfer etmək istəyirdi. Bu isə o deməkdir ki, Kataloniya təmsilçisi İspaniya millisinin üzvünü heyətinə qatmaqdan vaz keçib.

"Barselona" Rafinya və Lamin Yamalın yüksələn performansını nəzərə alıb hücum xəttini gücləndirmək üçün artıq pul xərcləmək istəmir. Ferran Torreslə Dani Olmonun qatqıları da klubun qərarına təsir edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest