17 Aprel 2025, 17:40
FUTBOL
"Çelsi"nin yarımmüdafiəçisi Moyzes Kaysedo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az "Telegraph"a istinadən xəbər verir ki, "Əl-Nəsr" ekvadorlu futbolçunu transfer etmək istəyir.
Səudiyyə Ərəbistanl klubu Kaysedonu yayda jeyətinə qatmağı planlaşdırır. Ərəblər 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 116 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Çelsi" Moyzes Kaysedonu 2023-cü ilin yayında "Brayton"dan transfer edib. Ekvador millisinin üzvü olan oyunçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıx37 oyunda 1 qol vurub, 3 assist edib.