17 Aprel 2025, 18:16
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti aprelin 26-da "Barselona" ilə keçiriləcək Kral Kubokunun final oyunundan sonra postunu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Çempionlar Liqası ilə vidalaşan Madrid klubu La Liqanın turnir cədvəlində ikinci sırada qərarlaşıb. Komanda 31 görüşdə 66 xal toplayıb. "Barselona" isə 70 xalla birinci yerdədir.
Qeyd edək ki, 65 yaşlı Karlo Ançelotti 2021-ci ildən "Real"a rəhbərlik edir. O, 2013-2015-ci illərdə də komandanı idarə edib. Ançelotti Madrid klubu ilə iki dəfə İspaniya çempionu (2021/2022, 2023/2024) və üç dəfə Çempionlar Liqasının qalibi olub (2013/2014, 2021/2022, 2023/2024).