"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının 1/4 finalında London "Arsenal"ına (ümumi hesab - 1:5) uduzaraq komandasının mübarizəni dayandırmasına münasibət bildirib.

Matc.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək, azarkeşlərə səslənib:

"Biz sadəcə olaraq hər iki oyunda klubun ümidlərini doğrulda bilmədik. Bağışlayın madridlilər, bu axşamların və bu turnirin sizin üçün nə demək olduğunu bilirik. Hələ mövsümü xilas etmək şansımız var, lakin bu, yalnız birliyimizi qoruduğumuz halda mümkündür. "Real" geri qayıdacaq".

Qeyd edək ki, Cud Bellinqem bu mövsüm "Real"ın heyətində 44 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest