18 Aprel 2025, 00:14
FUTBOL
33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deykin "Liverpul"la müqaviləsini uzatdıqdan sonra maaşı kəsilməyib.
Matc.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
Bildirilir ki, niderlandlı futbolçu həftəlik 400 min funt-sterlinq maaşını saxlayıb və Avropanın ən yüksək maaş alan müdafiəçisi olaraq qalıb.
Bu mövqedə ikinci ən çox maaş alan futbolçu Madrid "Real"ında həftədə 360 min funt-sterlinq qazanan David Alabadır.
Xatırladaq ki, "Liverpul" Vvan Deykin müqaviləsinin uzadıldığını açıqlayıb. Müdafiəçinin yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.