18 Aprel 2025, 02:07
FUTBOL
"Real"ın prezidenti Florentino Peres və klubun icraçı direktoru Xose Anxel Sançes komandanınÇempionlar Liqasından kənarlaşdırılmasından sonra baş məşqçi Karlo Ançelotti ilə görüşəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, hazırda İspaniya nəhənginin rəhbərliyi italiyalı mütəxəssisin gələn mövsüm komandaya rəhbərlik edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Lakin "Real" rəhbərliyi bu variantı nəzərdən keçirir.
Madrid klubunun düşərgədə klubda dəyişikliklərin qaçılmaz olduğuna inanırlar. Bu, təkcə Ançelottiyə deyil, bəzi futbolçulara da aiddir. Lukas Vazkes və Luka Modriç mövsümün sonunda "Real"ı tərk etməyə ilk namizədlər olsalar da, ayrıla biləcək tək onlar deyil.