İlk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatdığı üçün "Tottenhem" yarımfinala yüksəlib. London klubu bu mərhələdə "Budo Qlimt"lə üz-üzə gələcək.

Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

Matc.az xəbər verir ki, "Ayntraxt" doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatdığı üçün "Tottenhem" yarımfinala yüksəlib. London klubu bu mərhələdə "Budo Qlimt"lə üz-üzə gələcək.

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Tottenhem" (İngiltərə) 0:1
Qollar:
D.Solanke,43(pen)
İlk oyun: 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest