18 Aprel 2025, 10:52
FUTBOL
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, italyan mütəxəssis həm Albaniyada, həm Azərbaycanda işlədiyi dövrləri xatırlayıb. De Byazi yığmamızın hazırkı baş məşqçisi Fernandu Santuş haqda da danışıb:
"Albaniya millisində nəticələr qazandım və bu uzun zaman almadı. Azərbaycan millisi ilə də yaxşı oyunlar keçirdik. İndi Azərbaycan millisini Fernandu Santuş çalışdırır. Onun böyük təcrübəsi var, amma bu işdə çətinlik çəkir".