Türkiyənin "Fənərbaxça" klubu yeni sponsorluq anlaşmasına imza atmağa hazırlaşır.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa nəhəngi türk iş adamı Hamdi Ulukayanın sahibi olduğu "Çobani" şirkəti ilə anlaşıb.

"Fənərbaxça"nın ev oyunlarını keçirdiyi  "Şükrü Saraçoğlu" stadionu ABŞ-də fəaliyyət göstərən şirkətin adını daşıyacaq. Tərəflər arasında 5 illik müqavilə imzalanacaq. İstanbul klubu bu əməkdaşlıqdan illik 20 milyon avro olmaqla, ümumilikdə 100 milyon avro gəlir əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest