18 Aprel 2025, 13:31
FUTBOL
İcarə əsasında "Fənərbaxça"da çıxış edən Milan Şkrinyar İngiltərə Premyer Liqasında oynaya bilər.
Matc.az xəbər verir ki, "Vulverhempton" slovakiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
İngiltərə klubu Şkrinyarın müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlamağa hazırlaşır. "Vulverhempton" 30 yaşlı oyunçunun həftəlik 200 min funt-sterlinq olan maaşını ödəməyə hazırdır.
"Fənərbaxça" da icarə əsasında heyətinə qatdığı təcrüəbli futbolçunun transfer hüququna yiələnməyə çalışır. Şkrinyarın yeni klubu mövsüm bitdikdən sonra məlum olacaq.