"Aston Villa"nın müdafiəçisi Pau Torres ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, ispan futbolçunun xidmətində maraqlı olan klub "Real"dır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Madrid klubu Torresi yay transfer pəncərəsi üçün əsas hədəfə çevirib. "Real" 28 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Aston Villa" Pau Torresi 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest