18 Aprel 2025, 14:10
FUTBOL
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Nürnberq"də qala bilər.
Matc.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi 28 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmaq istəyir. Bu barədə "Kicker" nəşri məlumat yayıb.
"Nürnberq" Mahirlə sözləşmənin uzadılması ilə bağlı danışıqlara aparır. Məlumatı klubun idman direktoru Joti Çatzialexiu təsdiqləyib.
Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayından "Nürnberq"də çıxış edir. Azərbaycanlı forvard komandanın heyətində meydana çıxdığı 20 oyunda 5 qol vurub, 1 assist edib.