18 Aprel 2025, 14:34
FUTBOL
"Marsel"in futbolçusu Meyson Qrinvud milli komanda seçimini dəyişib.
Matc.az xəbər verir ki, 23 yaşlı vinger İngiltərə millisindən imtina edib. Bu barədə ESPN məlumat yayıb.
Qrinvud Yamayka yığma komandasının formasını geyinmək üçün FIFA-ya müraciət edib. İngiltərə Futbol Assosiasiyası məlumatl təsdiqləyib.
Qeyd edək ki, Meyson Qrinvud 2020-ci ildə İngiltərə seçməsinə dəvət olunub. O, yığmanın heyətində UEFA Millətlər Liqasının İslandiya ilə matçında 12 dəqiqə meydanda olub.