Almaniyanın "Union" klubunda yeni müqavilə qeydə alınıb.

Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi kapitan Kristofer Trimmelin sözləşməsinin müddətini uzadıb. BU barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı sağ cinah müdafiəçisi 2025/2026 mövsümünün sonuna kimi Berlinq klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Union" Kristofer Trimmeli 2014-cü ildə Vyana "Rapid"indən transfer edib. Avstriyalı futbolçu bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi oyunda 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest