18 Aprel 2025, 15:21
FUTBOL
İtaliyanın "Napoli" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçisi Xuan Xesus sıradan çıxıb. Braziliyalı futbolçu A Seriyasının 32-ci turunun "Empoli" ilə matçında (3:0) zədələnib.
Xesusun durumu ciddidir. 33 yaşlı mərkəz müdafiəçisi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki. Xuan Xesus bu mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 17 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.