18 Aprel 2025, 15:40
FUTBOL
"Brentford"un futbolçusu Brian Mbyoma mövsümlərarası fasilədə klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, "Nyukasl" kamerunlu vingeri heyətinə qatmaq istəyir. Bu barədə "TRB Football" məlumat yayıb.
"Brentford" oyunçusunu satmağa razıdır. London klubu 25 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Brentford" Brian Mbyomanı 2019-cu ilin avqust ayında Fransanın "Trua" klubundan transfer edib. Kamerun millisinin üzvü bu mövsüm Premyer Liqada 36 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.