"Beşiktaş" Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində səfərdə "Göztepe"nin qonağı olacaq.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, 6 futbolçu zədə səbəbindən İzmir səfərində komandaya kömək edə bilməyəcək.

Onur Bulut, Feliks Udoxay, Ernest Muçi, Elan Rikardo, Baxtiyar Zaynutdinov və Necip Uysal zədəlidir.

Qeyd edək ki, "Göztepe" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest