18 Aprel 2025, 16:50
FUTBOL
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinin ən yaxşısı müəyyənləşib.
Matc.az xəbər verir ki, "Borussiya"nın hücumçusu Seru Qirassi həftənin oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qvineyalı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays ikinci, "İnter"in hücumçusu Lautaro Martines üçüncü, PSJ-dən Usamn Dembele isə dördüncü olub.
Qeyd edək ki, Seru Qirassi "Borussiya"nın "Barselona"nı 3:1 hesabı ilə məğlub etdiyi matçda het-trik edib.