18 Aprel 2025, 17:12
FUTBOL
"İmişli"nin futbolçusu Pablo Alveş mükafatlandırılıb.
Matc.az xəbər verir ki, braziliyalı hücumçu I Liqada "Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olub.
Alveşə mükafatı XXII turun "İmişli" - "Qəbələ" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.