18 Aprel 2025, 18:46
FUTBOL
"Mançester Siti" "Yuventus"un 25 yaşlı sol cinah müdafiəçisi Andrea Kambiaso və Turin klubunun 27 yaşlı qapıçısı Mişel Di Qreqorio ilə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat paylaşıb.
Bildirilir ki, Kambiaso ingilis 70 milyon avroya başa gələ bilər. Öz növbəsində, Di Qreqorionun qiyməti təxminən 30 milyon avrodur.
Qeyd edəq ki, Kambiasonun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.
Di Qreqorionun isə "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avrodur.