18 Aprel 2025, 19:32
FUTBOL
Futbol üzrə Azərbaycan I Liqasında XXII tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Lider "Qəbələ" mövsümdə ilk məğlubiyyətini alıb. MOİK – "Karvan" görüşündə isə heç-heçə qeydə alınıb – 1:1.
Qeyd edək ki, növbəti turun oyunları 24-25 aprel tarixlərində keçiriləcək.
I Liqa
XXII tur
18 aprel
"İmişli" – "Qəbələ" - 1:0
Qol: E.Rəhimzadə, 7 (pen)
MOİK – "Karvan" - 1:1
Qollar: İ.Əliyev, 28 // E.Morgan, 83