"Neftçi"nin futbolçuları Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

"Neftçi" Misli Premyer Liqasının XXXI turunda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını başa çatdırıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Neftçi" oyunu saat 20:00-da başlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest