"Mançester Yunayted" "Aston Villa"nın hücumçusu Olli Uotkinslə yaxından maraqlanır. və 29 yaşlı vinger Markus Reşfordu dəyişdirməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" Uotkinsin transferində Markus Reşfordu təklif etməyi düşünür. Reşforddan başqa, birmingem klubuna ciddi məbləğdə pul da təklif edə bilər.

Xatırladaq ki, Reşford qışda mövsümün sonuna qədər icarə əsasında "Aston Villay"a keçib.

Uotkins bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib. 29 yaşlı vingerin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest