"Sportinq Kanzas Siti"nin rusiyalı vingeri Maqomed-Şapi Süleymanov MLS-in cari mövsümündə ötürmələrin sayına görə "İnter Mayami"nin hücumçusu Lionel Messini ötüb.

Matc.az xəbər verir ki, "San Xose Erkkukez"lə qarşılaşmada (3:5) 25 yaşlı futbolçu mövsümdə üçüncü məhsuldar ötürməsini edib.

Süleymanov Messi (2), Xordi Alba (1) və "Atlanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançukdan daha çox məhsuldar ötürmə edib.

Qeyd edək ki, Süleymanov ötən ilin fevralında "Sportinq Kanzas Siti"yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 9 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. 25 yaşlı vingerin klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 2 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest