İngiltərənin "Mançester Siti" klubu yay transfer dönəmində Portuqaliyanın "Portu" komandasında çıxış edən qapıçı Dioqu Koştunu heyətinə qata bilər.

Matc.az xəbər verir ki, bu barəədə məlumatı "Mirror" paylaşıb.

Bildirilir ki, "şəhərlilər" 25 yaşlı qolkiperi Edersona potensial əvəzləyici kimi görür.

Portuqaliyalı oyunçunun müqaviləsindəki bəndə əsasən, o, 73,7 milyon avro qarşılığında sərbəst qala bilər. Mançester təmsilçisi isə bu məbləğin çox yüksək olduğunu düşünür. Onlar futbolçunu 50 milyon funt-sterlinqə (təxminən 58,5 milyon avro) alacaqlarına ümid edirlər.

Qeyd edək ki, Dioqu Koştu cari mövsüm "Portu"da 41 oyunda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest