İngiltərənin "Lester Siti" klubu Premyer Liqanın 33-cü turunda evdə "Liverpul"a uduzaraq növbəti mövsümdə liqada qalmaq üçün nəzəri şanslarını itirib.

Matc.az xəbər verir ki, oyun İngiltərənin Lester şəhərindəki "Kinq Pauer" stadionunda baş tutub. "Liverpul" 1:0 hesabı ilə qalib qələbə qazanıb.

"Lester Siti" 33 oyundan sonra cəmi 18 xal toplayıb və turnir cədvəlində 19-cu yerdədir. Düşmə xəttindəki 17-ci sırada 36 xalla "Vest Hem Yunayted" qərarlaşıb.

Xatırladaq ki, 2015/2016 mövsümündə "Lester Siti" sensasiyalı şəkildə İngiltərə çempionu olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest