"Letpziq"in futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" niderlandlı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mançester təmsilçilərini transfer mübarizəsində "şəhərlilər"in daha şanslı olduğu bildirilir. Belə ki, "mançester Siti" 22 yaşlı oyunçu üçün onun klubuna 60 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Leypziq" Xavi Simonsu 2023-cü ilin yayında PSJ-dən transfer edib. Niderland millisinin üzvü olan futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.