21 Aprel 2025, 11:51
FUTBOL
"Milan" mövsümün sonunda baş məşqçi Serjiu Konseysau ilə bağlı qrar verəcək.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisin işindən razı deyiı. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" mövsüm bitdikdən sonra Konseysau ilə müqaviləyə xitam verəcək və onunla vaxtından əvvəl yollarını ayıracaq.
Qeyd edək ki, Serjiu Konseysau ötən ilin dekabr ayında "Milan"ın baş məşqçisi təyin olunub. 51 yaşlı məşqçinin rəhbərlik etdiyi kollektiv İtaliya çempionatında 33 turdan sonra 51 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.