21 Aprel 2025, 14:52
FUTBOL
Buna səbəb Roma Papası Fransisin vəfat etməsi olub. Matçların hansı tarixdə baş tutacağı barədə yaxın günlərdə açıqlama veriləcək.
İtaliya A Seriyasının bu gün keçirilməli olan 4 oyunu təxirə salınıb.
Matc.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb Roma Papası Fransisin vəfat etməsi olub. Matçların hansı tarixdə baş tutacağı barədə yaxın günlərdə açıqlama veriləcək.
Qeyd edək ki, İtaliya çempionatında bu gün" Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - Latsio" və "Parma - "Yuventus" qarşılaşmalarını keçirilməli idi.