"Barselona"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Robert Levandovski zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 48 oyunda 40 qol vurub, 3 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest