21 Aprel 2025, 16:41
FUTBOL
"Bayer"in müdafiəçisi Conatan Ta mövsümün sonunda klubdan ayrılacaq.
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu son Almaniya çempionu ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmayacaq. Bu barədə 28 yaşlı mərkəz müdafiəçisi "Kicker" nəşrinə açıqlamasında məlumat verib.
Almaniya millisinin üzvü yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, "Bayer" Conatan Tanı 2015-ci ildə "Hamburq"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində 45 oyunda meydana çıxıb, 3 qol və 1 assistlik performans göstərib.