"Kəpəz"in futbolçusu Luis Paçu Misli Premyer Liqasının 31-ci turunun "Şamaxı" ilə matçından (1:2) sonra Matc.az saytına müsahibə verib:
- Oyunla bağlı fikirlərin necədir?
- Çox yaxşı oyun oldu. Komandamız xal qazanmaq üçün əlindən gələni etdi, lakin əfsuslar olsun ki, meydanı məğlub tərk etdik. Qarşıdakı oyunlara fokuslanacağıq.
- "Kəpəz"in yeganə qolunun müəllifi oldun. Öz çıxışını necə dəyərləndirərdin?
- Bu, çox vacib idi. Mən hücumçuyam və forvardın işi qol vurmaqdır. Qollarımın davamını gətirmək üçün çalışacağam.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu matçdan gözləntin nədir?
- "Zirə" çox yaxşı komandadır. Rəqiblə Tovuz şəhər stadionunda qarşılaşacağıq. Komandamız bu arenada da çox yaxşı təsir bağışlayır. "Zirə" ilə oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.