İtaliya A Seriyasının 33-cü turunun təxirə salınmış oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

Matc.az xəbər verir ki, Roma Papası Fransisin vəfatı ilə əlaqədar təxirə salınmış qarşılaşmalar 23 aprel tarixində baş tutacaq. Oyunlar hamısı Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, dünən baş tutmalı olan "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" matçları təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest