22 Aprel 2025, 13:48
FUTBOL
"Arsenal" isveçli forvard üçün artıq Portuqaliya klubu ilə danışıqlara başlayıb.
"Arsenal" növbəti mövsüm üçün hücum xəttini gücləndirmək istiqamətində fəaliyyətə başlayıb.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Sportinq"da çıxış edən Viktor Dyokereşdir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Arsenal" isveçli forvard üçün artıq Portuqaliya klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Sportinq" Viktor Dyokereşi 2023-cü ilin yayında "Koventri"dən transfer edib. 26 yaşlı hücumçu bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 oyunda 47 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.